Milli Məclisdə komitə iclası keçirildi - VİDEO

Milli Məclisdə komitə iclası keçirildi - VİDEO
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi 38 məsələni müzakirə etdi

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin iclası keçirildi. İclasda Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsi və Azərbaycana dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçiriləcəyi bildirildi. Məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planına daxil edildi.

İclasda "Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiqi barədə qanun layihəsi müzakirə olundu.

Komitə iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Daşınmaz əmlakın dövlət reyestri haqqında və Notariat haqqında qanunlara dəyişiklik edilməsi barədə layihələrə də toxunuldu.

İclasın gündəliyinə 38 məsələ daxil idi. Qeyd edək ki, insan alverinə qarşı mübarizəyə dair yeni mexanizmin müəyyənləşdirilməsi, Prokurorluq haqqında qanuna dəyişiklik, İnzibati Xətalar və Cəzaların icrası Məcəlləsinə dəyişiklik kimi qanun layihələri ətrafında fikir mübadiləsi aparıldı.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər