Ceyhun Bayramov: “Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirəm”

Ceyhun Bayramov: “Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirəm”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və mərakeşli mühacirlər naziri Nasser Bourita ilə görüşüb.

Bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.

“Uzunmüddətli Azərbaycan-Mərakeş ikitərəfli və çoxtərəfli əlaqələri mühüm sərvətdir və mən əməkdaşlığın daha da inkişafı edəcəyinə ümid bəsləyirəm”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər