Dünya Səhiyyə Təşkilatının mətbuat konfransı keçirilib

Dünya Səhiyyə Təşkilatının mətbuat konfransı keçirilib

Dünya Səhiyyə Təşkilatının mətbuat konfransı keçirilib.

Təşkilatın sədri Adanom Qebreyesus konfrans zamanı, koronavirus pandemiyasının hələ bitmədiyini, lakin tezliklə bitəcəyini deyib.

Onun sözlərinə görə, pandemiyadan həftəlik ölüm halları azalmağa davam edir və hazırkı ölüm statistikası 2021 ci ilin yanvarındakı ən pik rəqəmin 10 faizini təşkil edir.

Dünya əhalisinin üçdə ikisi vaksinasiyadan keçib.

Bir çox ölkələrdə məhdudiyyətlər aradan qaldırılıb.

Lakin, həftəlik 10 min ölümün olması çoxdur, çünki bu ölümlərin əksəriyyətinin qarşısı alına bilər.

Qebreyesus, Uqandada ebola virusuna 7 yoluxma və 1 ölüm halının qeydə alındığını, daha 7 şübhəli ölüm halının isə ebola ilə bağlı olub-olmadığının araşdırıldığını da bildirib.

O, əlavə edib ki, ebolaya yoluxmaqda şübhəli bilinən 16 nəfər isə müalicə alır, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri diqanozun qoyulmasında, müalicədə və qabaqlayıcı tədbirlərin görülməsində Uqanda ilə əməkdaşlıq edir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər