Yaponiya ölkəyə giriş limitini ləğv edir

Yaponiya ölkəyə giriş limitini ləğv edir

Yaponiyada oktyabr ayının 11-dən ölkəyə gündəlik giriş üçün tətbiq edilən 50.000-lik limit ləğv ediləcək.

Bu barədə ölkənin baş naziri Fumio Kişida bildirib.

Onun sözlərinə görə, ölkəyə yalnız qrup halında yox, fərdi şəkildə gəlmək istəyən turistlər də qəbul ediləcək. Baş nazir viza məhdudiyyətlərinin də aradan qaldırılacağını deyib. Ölkədaxili turizmin canlandırılması üçün isə ölkə üzrə subsidiya proqramı təqdim ediləcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Yaponiyanın turizm sektoruna ziyan dəyib.

Pandemiyadan əvvəl- 2019-cu ildə ölkəyə 31.9 milyon turist səfər edib. Yaponiyaya gələn turistlərin sayının aylıq göstəricisi isə 2 milyondan çox olub.

Yaponiya milli turizm təşkilatının məlumtına əsasən, 2022-ci ilin avqust ayı üçün isə bu rəqəm cəmi 169.800 olub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər