“Euronews” Azərbaycanın palçıq vulkanları ilə bağlı süjet hazırlayır

“Euronews” Azərbaycanın palçıq vulkanları ilə bağlı süjet hazırlayır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Euronews” telekanalına müsahibə verib.

APA xəbər verir ki, telekanalın aparıcısı Monika Pinnaya Azərbaycandakı palçıq vulkanları və onların öyrənilməsi istiqamətində aparılan tədqiqat işləri ilə bağlı məlumat verilib.

Müsahibə zamanı ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verilib. Müsahibə zamanı palçıq vulkanı və onun faydalı xüsusiyyətləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, çəkilişlə bağlı “Euronews” telekanalının əməkdaşları RSXM-nin Monitorinq Mərkəzində iş prosesini izləyib, eləcə də bir neçə palçıq vulkanlarının ərazisində olublar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər