Azərbaycanda təhsil üçün avadanlıqlar 2 il müddətinə gömrük rüsumundan azad edilir

Azərbaycanda təhsil üçün avadanlıqlar 2 il müddətinə gömrük rüsumundan azad edilir

Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.

REAL xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

"Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün təxminən 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxa etməsinə imkan verəcək", - deyə o, qeyd edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər