Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb
2017-cü ildə 150 min unsiya qiymətli metal ixrac edilib

Son illərdə kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb.

Real TV Trend-ə istinadən xəbər verir ki, müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib. Nəticədə qiymətli metalların hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər əldə edilib.

Yalnız 2017-cü ildə 150 min unsiya qiymətli metal ixrac edilib və ölkə iqtisadiyyatına 121 milyon manatdan çox gəlir daxil olub.

Ümumilikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə