Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

REAL

*** 10.41

Ağstafada iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş berib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mersedec Sprinter" və "QAZel" markalı sərnişin avtobuslarının toqquşması nəticəsində 15 sərnişinin xəsarət aldığı bildirilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən