İnam Kərimov vətəndaşları qəbul edib - VİDEO

İnam Kərimov vətəndaşları qəbul edib - VİDEO
Kənd təsərrüfatı naziri 30 nəfərin müraciətini dinləyib

Kənd təsərrüfatı naziri İnam Kərimov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində Qazax, Ağstafa, Tovuz və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə İnam Kərimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Ardınca Qazaxdakı Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.

Daha sonra nazir İnam Kərimov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Qəbulda 30 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Digər xəbərlər
Bu gün
Dünən