Saatlıda suvarma yekunlaşıb - VİDEO

Saatlıda suvarma yekunlaşıb - VİDEO
Rayonda 60 000 hektara yaxın sahə suvarılıb

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında suyun axınının maneəsiz təmin olunması istiqamətində müxtəlif ərazilərdə lildən təmizlənmə işləri həyata keçirilir.

Araz çayından ayrılan suvarma qollarının tez-tez lillənməsi kanalların mütəmadi təmizlənməsini vacib edir. Bununla yanaşı kollektor-drenaj şəbəkəsi də lildən təmizlənir, ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.

İdarə tərəfindən ümümi uzunluğu 330 km olan suvarma kanallarında 891 min m³, uzunluğu 158 km olan kollektor-drenaj şəbəkəsində isə 544 min m³ mexanizmlə lildən təmizlənmə işi yerinə yetirilib. Həmçinin, Araz çayında nasos stansiyaların ətrafında 255 min m³ məcratəmizləmə işləri də başa çatdırılıb.

Qeyd edək ki, Saatlı rayonunda bu il 18 515 hektar taxıl, 16 930 hektar yem bitkiləri, 13 000 hektar pambıq, 252 hektar qarğıdalı, 2 650 hektarı bostan-tərəvəz və 66 hektarı silos qarğıdalı əkilib və suvarılması tam başa çatdırılıb.

Digər xəbərlər
Bu gün
Dünən