Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun tikintisi sürətlə davam etdirilir

Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun tikintisi sürətlə davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.

REAL xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 39,8-82,2-ci km-lik (42,4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.

Layihənin 39,8 km-lik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93 % təşkil edir. Layihənin 47,95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin tikintisi davam etdirilir.

Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.

Qeyd edək ki, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Digər xəbərlər
Bu gün
Dünən