AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb - QİYMƏTLƏR

AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb - QİYMƏTLƏR

Rusiyadan Azərbaycana reyslərə tələbat artıb.

AZAL-dan REAL-a verilən xəbərə görə, tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri - ekonom sinif - 409 avro; - biznes sinif - 769 avro; “VIP Club” tarifi - 869 avro təşkil edib.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.

Digər xəbərlər
Bu gün
Dünən