Mikroavtobusla yük maşını toqquşub - VİDEO

Mikroavtobusla yük maşını toqquşub - VİDEO
Ağır yol nəqliyyat hadisəsində 17 nəfər yaralanıb

Ağstafada ağır yol nəqliyyat hadisəsi baş verib , 17 nəfər yaralanıb. Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, Qırılı kəndində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 2-si uşaq olmaqla 17 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. 3 nəfərin vəziyyəti agır, 6 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Digər xəsarət alanlar isə ambulator yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən