BQXK: Ötən il itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

BQXK: Ötən il itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

 Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülən ağız suyu nümunəsi ilə bağlı statistikanı açıqlayıb.

REAL "Report"a istinadla xəbər verir ki, ötən il ərzində 775 itkin düşmüş şəxslərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb.

BQXK ötən il ərzində saxlanılmış şəxslərə 88 başçəkmə həyata keçirib. Başçəkmə, saxlanılan şəxslərlə rəftarı, onların saxlanma şəraitini yoxlamağa və ailələri ilə əlaqə saxlamasına dəstək imkanı yaratmaq üçün 45 azadlıqdan məhrumetmə yerində olub.

Bundan başqa, həmin müddət ərzində saxlanmış şəxslərdən 336 Qızıl Xaç Məktubları toplanılıb və onlardan 269-u çatdırılıb. 

Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərlə bağlı gələcəkdə mümkün eksqumasiya zamanı istifadə üçün saxlanılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə