Yığma komanda gəncləşir (VİDEO)

Yığma komanda gəncləşir (VİDEO)
Ağır atletika üzrə ölkə çempionatı keçirilib

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Qadınların yarışında qələbəni Səbinə Əzimova bayram edib. Birdənqaldırma növündə 67 kq çəkini ram etmiş Səbinə, təkanla 87 kq ağırlığı başı üzərinə qaldırıb.

Gümüş medalı toplamda 146 kq nəticə göstərmiş Mərziyyə Məhərrəmova qazanıb. Ən güclü üçlüyü Günel Vəliyeva tamamlayıb. Daha sonra yarışın rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmaytıl İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Ağır atletika federasiyasının baş katibi Rizvan Rəsulovun sözlərinə görə ölkədaxili yarış yığma komandanın heyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Günün ikinvi yarısı çəkisi 55 kq-a qədər olan kişi atletlər körpücük üzərinə dəvət olunub. Bu çəkidə qızıl medalı Tehram Məmmədov əldə edib. Məmmədov 2 hərəkətin cəmində 190 kq nəticəyə imza atıb. Əvəz Tağıyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Ölkə çempionatının bürünc mükafatı isə İsmayıl Qəmbərzadəyə qismət olub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə