Zəlzələylə bağlı veriləcək sığortanın məbləği açıqlandı

Zəlzələylə bağlı veriləcək sığortanın məbləği açıqlandı

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.

REAL Trend-ə istinadla xəbər verir ki, bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:

“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.

A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə