Niderland mətbuatında azərbaycanlı xanımlar haqqında silsile məqalələr dərc edilib

Niderland mətbuatında azərbaycanlı xanımlar haqqında silsile məqalələr dərc edilib

Niderland mətbuatında azərbaycanlı xanımlar haqqında silsilə məqalələr derc edilib.​

“Ana Vətən”
Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Agamirzəyevanın verdiyi məlumata görə Hollandiyada işıq üzü görən "For You" jurnalı ilə artıq bir ildir ki, əməkdəşlıq haqqında müqavilə imzalanıb.

Mayisə xanım qeyd edib ki, bu jurnalla tanışlıgımız Hollandiyada yaşayan bir xanım həmyerlimizin sayəsində oldu və mənim və həmin xanımın müsahibəsindən sonra jurnal Azərbaycanlı qadınların fəaliyyətindən xəbərdar olaraq iki illik müqavilə imzalamağə təklif etdi. Təbii ki, bu da bizi sevindirdi ve Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ile razılıq verdik. Qeyd etmək istəyirəm ki, ​ jurnalda Niderland da yaşayan, Birliyimizin üzvü, Real TV- nin Avropa Bürosunun rəhbəri Xatirə Sərdarqızının 28 il ​ sonra Şusaya qayıdışından bəhs edən ​ “28” filmi və onun Şusada itirdiyi usaqlığə haqqında müsahibəsi, burda ​ uşaq bağçasında müəllimə işləyən birliyimizin üzvü Təranə Zamanovanın Azərbaycan ailələrində ​ uşaq tərbiyəsi haqqiıda, "Simons Levelt" ​ şirkətinin Haaqadakı təmsilçilərindən biri ​ Sahibkar xanım Nahidə Bayramovanın Azərbaycan çay mədəniyyəti haqqında, tərcuməçi- hüquqşunas bundan başqa ​ Sevinc Əfəndiyevanın ​ ​ musahibələri derc olunub. Jurnalın bu ay derc olunan növbəti sayında isə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Azerbaycan milli geyimləri haqqındakı müsahibəsi dərc olunub.​

Qeyd edək ki, jurnal ilde dörd dəfə dərc olunaraq pulsuz paylanılır.

Digər xəbərlər
Bu gün
Dünən