Moskvada qədim əsərlərimizin sərgisi - VİDEO

Moskvada qədim əsərlərimizin sərgisi - VİDEO
1940-1950-ci illər milli heykəltəraşlıq nümunələri təqdim edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın paytaxtı Moskvada Dövlət Şərq Muzeyində “Sosialist realizmini xatırlayaraq. Azərbaycan. 1940-1950-ci illərin dəzgah heykəltəraşlığı” adlı sərgi açıldı.

Şərq Muzeyinin Elmi bərpa şöbəsi Azərbaycanın tanınmış heykəltəraşlarının rəssam-bərpaçılar tərəfindən sərgi üçün xüsusi olaraq restavrasiya edilmiş on heykəltəraşlıq əsərini təqdim edib. Sərgidə əsərləri təqdim olunan heykəltəraşlar sosialist realizmi üslubunda yaradıcılıqla məşğul olublar.

"Bu gün təqdim etdiyimiz sərgini, bir müddət bundan əvvəl Azərbaycan xalca muzeyi tərəfindən Bakıdan gətirilmiş “Sovet Azərbaycanının əks-sədası”” sərgisinin davamı kimi qiymətləndirmək olar. Biz öz arxivimizdə Muzey tərəfindən yığılan ötən əsrin 50- 60-ci illərini əhatə edən Azərbaycan heykəltaraşlarının möhtəşəm əsərlərini tapdıq. bütün bunları bərpa etdik və qərara gəldik ki, sərgiləyək. nə vaxtsa unudulmuş incəsənət nümunələri indi görün nə qədər gözəl görünür. sosialist realizm incəsənəti artiq keçib hec kimə lazim deyil kimi fikirlər doğru deyil. çünki incəsənət əbədidir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova belə tədbirlərin təşkilinin əhəmiyyətindən danışaraq, qeyd etdi ki, birgə mədəni tədbirlər Rusiya və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırır.
Ekspozisiyanın açılışında Şərq İncəsənət Muzeyinin elmi bərpa şöbəsinin müdir müavini Olqa Myaqkova da çıxış edərək eksponatların bərpası prosesindən danışdı.

Qeyd edək ki, sərgi oktyabrın 30-dək davam edəcək,

REAL

MOSKVA

Digər xəbərlər
Bu gün
Dünən