Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü başlayıb - YENİLƏNİB

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü başlayıb - YENİLƏNİB

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

REAL xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilib. 

***

19:32

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş başlayıb.

REAL bu barədə TASS-a istinadən xəbər verir.

Görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilir. 

Digər xəbərlər
Bu gün
Dünən