OPEC-ə gedən yol (VİDEO)

OPEC-ə gedən yol (VİDEO)
Məsələ çəlləkdə deyil, mövqedədir

2016-cı ilin 30 noyabrında OPEC kvotalarını dəyişmək haqqında qərar verib. Bu o dövr idi ki, neftin qiyməti kəskin düşmüşdü. 30 noyabr konfransından təqribən 10 gün sonra başda Rusiya olmaqla 11 qeyri-OPEC ölkəsi OPEC-ə dəstək verdilər. Həmin ölkələr dünya bazarında neft həcmlərinin azalmasını elan etdilər.

Burada Azərbaycan da vardı. O zaman OPEC + ölkəsi kimi Azərbaycanı qınayanlar da oldu. Amma cəmi bir il keçdi və neftin qiyməti təqribən 23 faiz artandan sonra məlum oldu ki, Azərbaycan düzgün mövqedədir. Bəli, məsələ hansısa ölkənin neft çəlləyində nə qədər payı olmasından asılı deyil. Məsələ mövqedədir.

OPEC ölkələri həmçinin OPEC-ə dəstək olan 11 ölkənin hasilatı azaltması fonunda Azərbaycan da 2 milyon tondan çox neft hasilatı azaltdı. Bu təxminən 10 faizə yaxın bir göstərici idi. Və 2016-cı illə müqayisədə hasilatın pay bölgüsü sazişləri çərçivəsində dövlətin mənfəət nefti və qazından gələn gəliri 1.2 milyard dollar civarında artmış oldu.
Bəs gəlirlərin stabilləşməsi ərəfəsində OPEC-ə üzv olmağa hansı zərurət yaranıb?

Bu barədə neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Real TV-yə açıqlamasında bildirib ki, 1 təşkilata üzv olmaq ozünün ondan sonrakı imkanlarını limitləşdirmək deməkdir.

“OPEC bir təşkilat kimi öz sayının artırılmasında maraqlıdır. Əvvəla OPEC görür ki, Xəzər regionu qlobal bazar üçün cavan bir regiondur. İkincisi Azərbaycan bir neft ölkəsinin bazara çıxaran tranzit ölkəsidir. OPEC-in adı neft hasil edən ölkələr deyil, neft ixracatçısı olan ölkələrdir. İstər Rusiya, Qazaxıstan, Türkmənistan olsun neftin bir hissəsi gəlib Azərbaycandan dünya bazarına çıxarılır. OPEC-in çox böyük marağındadır ki, bu çıxarılan neftin tənzimlənməsində və onların çıxarılması Azərbaycan üzərindən həyata keçirsə bu cür ölkə o təşkilatıın üzvü olsun. Və təşkilatla Azərbaycan arasında sıx əlaqələr mövcud olsun”, - deyə İlham Şaban bildirib.

Görünən odur ki, dünya bazarına çıxardığımız neft payı az olsa da, neft bazarında, xüsusən ixracatında rolumuz olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, OPEC neft hasil edən yox, neft ixrac edən ölkələr birliyidir, bizim OPEC-ə üzvlüyümüz labüddür.

Orxan Məmmədli
Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə