“Mançester Siti” “Çelsi”ni darmadağın etdi (FOTO)

“Mançester Siti” “Çelsi”ni darmadağın etdi (FOTO)

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir. Bu gün daha iki görüş keçirilib.

“Tottenhem” öz meydanında “Lester”i qəbul edib. Oyun London klubunun qələbəsi ilə başa çatıb – 3:1.

Turun mərkəzi qarşılaşmasında isə “Mançester Siti” “Çelsi”ni qəbul edib. “Şəhərlilər” rəqibinə 6 cavabsız qolla qalib gəlib. Bununla da Xosep Qvardiolanın komandası xalını 65-ə çatdıraraq liderliyə yüksəlib. Eyni xala malik "Liverpul" 2-ci, "Tottenhem" 60 xalla 3-cüdür. "Çelsi" isə 50 xalla 6-cı yerdə qərarlaşıb.

“Tottenhem” – “Lester” - 3:1
Qollar: Sançes, 33 (1:0), Eriksen, 63 (2:0), Vardi, 76 (2:1), Son, 90+1 (3:1)

“Mançester Siti” – “Çelsi” - 6:0
Qollar: Sterlinq, 4, Aquero, 13, 19, 56-pen. Gündoğan, 25, Sterlinq, 80

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə