Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Qorxmamaq lazımdır! Döyüşdən qorxmayanlara söyüşdən qorxanları nahaq yerə misal çəkmirik. Bir kresloda oturub başqa kreslosunu yadda saxlayan məmurların olduğundan şübhələnirəm. Bu zərərli riyaziyyatdır!

Səyavuş Novruzov ola bilsin qaba deyir, taktikasız, qeyri-korrekt deyir. Amma parlament üzvlərinin mütləq əksəriyyəti elə bilir ki, millət vəkili toxunulmazlığı onların şəxsi toxunulmazlığına aiddir.

Millət vəkilləri arasında Əli Hüseynli kimi açıq danışanların, xaos müxalifətinin keçmişini açıq ifşa edənlərin üzərinə güruh əxlaqsızlığı ilə sürənlərin taktikası işə bəzən yarayır. Məsələn, Əli Hüseynlinin 1993-cü ilin iyun ayında hansısa toyda oynadığını guya ayıb kimi göstərənlər hesab edirlər ki, əla işləyiblər. Deməli, hədəfə dəydik. Urra! Amma unudurlar ki, təsadüfən kiminsə də əlinə bir neçə il əvvəlin Xocalı soyqırımına keçid gecəsi ortaya çıxan Qənimət Zahid boyda çılpaq həqiqət düşə bilər. Və göstərər ki, toysuz oynamaq, soyqırım gecəsi soyunub qırım etmək daha böyük qəbahətdir!

Amma belə gülünc şantaj cəhdindən qorxaraq bir-birinin arxasında gizlənib “məni görən olmasın” koluna başını soxanlarla Səyavuş Novruzov necə danışsın? Prezidenti tərifləmək yox, onu müdafiə etmək lazımdır. Ona görə yox ki jurnalistlərə, ya da qeyri jurnalistlərə ev verib. Ona görə ki, söhbət hamımızın evindən, dövlətimizdən gedir. Bu evi hamımız qorumalıyıq...

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə