Çin KİV: Uyğur şairi Əbdürrəhim Heyit sağdır (VİDEO)

Çin KİV: Uyğur şairi Əbdürrəhim Heyit sağdır (VİDEO)
Şairin həbsxanadan videosu yayılıb

Çin mediasında məşhur uyğur şairi və insan haqları uğrunda mübarizə aparan Əbdürrəhim Heyitin sağ olduğuna dair video paylaşılıb.

REAL-ın məlumatına görə, Çin Beynəlxalq radiosunun Türk dilində yayımında şairin videosu nümayiş olunub.

Daha əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyindən Əbdürrəhim Heyitin yayılan ölüm xəbəri ilə bağlı bəyanat verilmişdi.

Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyanat dərc edərək, Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onlar üçün qurulmuş məcburi saxlama düşərgələrini bağlamağa çağırmışdı.

Aksoy “XXI əsrdə yenidən əsir düşərgələrinin meydana gəlməsini bəşəriyyət adına biabırçılıq” adlandırmışdı. Onun sözlərinə görə, “bir milyondan artıq uyğur məcburi saxlama siyasəti, işgəncələr və türmə və əsir düşərgələrində ideoloji təzyiqlərlə üz-üzə qalıb”.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə