Ay-ulduzlu Luçesku dövrü bitdi

Ay-ulduzlu Luçesku dövrü bitdi
Rumıniyalı mütəxəssisə 4 ayın məvacibi ödənəcək

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

Türkiyə Futbol Federasiyası rumıniyalı mütəxəssislə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Luçesku Türkiyə yığmasına təyin olunarkən illik 2,5 milyon avro məvacibə qol çəkmişdi. Anlaşmaya görə federasiya rəhbərliyi 73 yaşlı baş məşqçiyə təzminat olaraq 4 ayın maaşını ödəyəcək.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin yayından Türkiyə yığmasına rəhbərlik edib. Luçeskunu bu postda "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə