Putin, Ərdoğan və Ruhani bu həftə yenidən görüşür

Putin, Ərdoğan və Ruhani bu həftə yenidən görüşür

Fevralın 14-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

REAL xəbər verir ki, Kremlin yaydığı bəyanatda bildirilir ki, dövlət başçıları Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani “beynəlxalq miqyasda həyata keçirilən layihələr və dövlətlərarası əlaqələndirmə” məsələlərini müzakirə edəcəklər. Prezidentlər arasında təkbətək görüşlərin də keçiriləcəyi gözlənilir.

Astana formatında keçiriləcək dördüncü görüşdə əsas müzakirə mövzusu Suriyada böhranın uzunmüddətli həllinə nail olunmasıdır.

Bu liderlərin Soçidə ilk görüşü 2017-ci ildə keçirilib. Onlar Cenevrə danışıqlarına paralel olaraq, 2016-cı ildə Astanada keçirilən görüşdə Suriyada atəşkəsə nail olmaq barədə razılıq əldə ediblər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə