Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 17 nəfər ərizə verib

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 17 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən REAL-a bildirilib ki, fevralın 12-nə olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 17 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Xatırladaq ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə