Koçaryan barəsində əlavə cinayət işi açıldı

Koçaryan barəsində əlavə cinayət işi açıldı

Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülüb.

Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən iş adamı Silva Ambartsumyanın şikayəti əsasında Koçaryana “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb.

Ambartsumyan 2008-ci ildə ərəblərlə iş qurmasına mane olmamaq üçün sabiq prezidentə rüşvət verdiyini deyib. Qarşı tərəf isə bu iddiaları rədd edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinərək həbs olunub. (azvision.az)

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə