“Sözün repressiyası” sənədli filmi - VİDEO

“Sözün repressiyası” sənədli filmi - VİDEO
1937-ci il repressiya qurbanlarına həsr olunan filmin təqdimatı olub

“Sözün repressiyası” sənədli filminİN təqdimatı keçirildi. Tədbirdən əvvəl repressiya qurbanları və 44 günlük Vətən müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Film 1937-ci il amansız Stalin repressiyalarının qurbanı olan ədib və ziyalılarımıza həsr edilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində təqdim olunan filmin ssenari müəllifi Səlim Babullaoğlu, rejissoru isə Rafiq Həşimovdur. Səlim Babullaoğlu jurnalistlərə müsahibəsində qeyd etdi ki, filmin təqdimat tarixinin böyük şairlərimiz Hüseyn Cavid və Əhməd Cavadın yubiley tarixləri ilə üst-üstə düşməsi qanunauyğunluqdur.

Filmin rejissoru Rafiq Həşimov bildirdi ki, filmin çəkilişi bir neçə il əvvəl başlanılsa da, pandemiya səbəbilə təqdimatı bugünə təsadüf edib.

Qeyd edək ki, sənədli filmin təqdimatında millət vəkilləri və mədəniyyət xadimləri iştirak etdilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən