Azərbaycan XİN Qarakənd faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan XİN Qarakənd faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümü ilə bağlı paylaşım edib.

REAL xəbər verir ki, bu barədə XİN-in tviter hesabında yazılıb.

“Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. Erməni silahlı dəstələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd kəndinin Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər də daxil olmaqla 22 nəfər həlak olub”, - paylaşımda deyilir.

 

Digər xəbərlər
Bu gün
Dünən