BMT Rusiyanın çağırışına cavab verib

BMT Rusiyanın çağırışına cavab verib

BMT Rusiyanın Zaparojye atom elektrik stansiyasına hücumun kim tərəfindən törədilməsinin aydınlaşdırılması ilə bağlı çağırışına cavab verib.

Təşkilatın sözçüsünün müavini Fərhan Həq verdiyi bəyanatda qeyd edib ki, BMT nin hücumu həyata keçirənlərin kim olduğunu müəyyənləşdirmək imkanı yoxdur.

O, bir daha Zaparojye stansiyasına hücumların dayandırılmasına çağırıb.

Xatırladaq ki, bir gün əvvəl Zaparojye nüvə stansiyasına edilən hücumda Rusiya və Ukrayna bir-birini günahlandırıb.

Avropanın ən böyük stansiyası olan Zaparojye, fevral ayından bəri Rusiyanın nəzarətindədir.

Stansiyaya daha əvvəl də bir neçə dəfə hücum həyata keçirilib.

Nüvə fəlakətinin qarşısını almaq BMT tərəfindən təhlükəsiz zona təklifi irəli sürülsə də, hələlik bu təklif reallaşmayıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən