Hibrid maşınlara güzəşt müddəti artdı - VİDEO

Hibrid maşınlara güzəşt müddəti artdı - VİDEO
Ekoloji təmiz avtomobillər 2026-cı ilədək ƏDV-dən azad olunub

Hibrid avtomobillərinə tətbiq edilən güzəştlərin müddətinin daha 1 il müddətinə artırılması nəzərdə tutulur.
Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin idxalı, dövriyyəsi, istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi baza formalaşdırılacaq.

Bununla yanaşı, "təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi" prinsipi növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində beş Milli Prioritetdən biri kimi təsdiq edilib.

Beləliklə, hibrid avtomobillərin idxalının və satışının ƏDV-dən azad olunması nəticəsində bu avtomobillərin bazar qiymətinin aşağı düşməsi əhali üçün əlçatanlığın artmasına, habelə ölkədə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.
 

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən