Parlamentlərarası əməkdaşlıq - VİDEO

Parlamentlərarası əməkdaşlıq - VİDEO
Spiker Sahibə Qafarova bir sıra parlament rəhbərləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Kambocada Tayland, sinqapur, nepalın parlament rəhbərləri və ASEAN PA-nın baş katibi ilə görüşlər keçirib. Görüşlərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb, Azərbaycanın bu təşkilatın institusional inkişafı istiqamətində addımları barədə danışılıb. Milli Məclisin sədri torpaqlarımızın erməni işğalından azad edilməsi, hazırda orada aparılan bərpa-qurucukuq işləri, mina problemi barədə geniş məlumat verib. Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması ilə bağlı müraciətinə dərhal cavab verilməsinə və dəstəklənməsinə görə, bu təşkilatın rəhbərliyinə, o cümlədən Sinqapur və Tailanda minnətdarlığını bildirib. ASEAN PA-nın baş katibi Nquyen Tuonq Van xatrıladıb ki, adətən parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır. Lakin Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələrə ətrafında fikir mübadiləsi aparılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən