Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə iştirak etmək üçün Aktauya gəlib

Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə iştirak etmək üçün Aktauya gəlib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüş üçün Aktau şəhərinə gedib.

Nazir bununla bağlı tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan Xarici İşlər və Nəqliyyat Nazirlərinin ikinci görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, sabah Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

Digər xəbərlər
Bu gün
Dünən