Filippinin şimalında 5,5 bal gücündə zəlzələ baş verib

Filippinin şimalında 5,5 bal gücündə zəlzələ baş verib

Filippin arxipelaqının şimal hissəsindəki Luzon adasında cümə axşamı axşam saatlarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Honq Konq Rəsədxanası Seysmoloji Şəbəkə bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Laoaq şəhərindən 34 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi barədə məlumat verilməyib. Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən