Braziliya millisi Serbiya seçməsini məğlub edib

Braziliya millisi Serbiya seçməsini məğlub edib

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.

Trend-in məlumatına görə, G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər