Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

Krımda 10 iranlı kamikadze dron təlimatçısı öldürülüb

Krımda “Şahed-136” kamikadze dronlarını idarə etməyi öyrədən iranlılar öldürülüb.

APA “The Guardian“a istinadən xəbər verir ki, bu bardə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Danilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda ruslara “Şahed-136” pilotsuz təyyarələrini idarə etməkdə kömək edən iranlıları öldürüb.

Bundan əvvəl İsrail mətbuatı Krımda 10-a yaxın iranlının öldürüldüyü barədə məlumat vermişdi.

"Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhvində iştirak edirlərsə, biz onları öldürməliyik", - deyə Danilov bildirib.

Oktyabrın 20-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, iranlı təlimatçılar pilotsuz uçuş aparatlarından istifadə etmək üçün Rusiya Federasiyası ərazisinə gəliblər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən