Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə iki günlük səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə iki günlük səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə yola düşəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şahbaz Şərif səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Şahbaz və Ərdoğan, həmçinin "PNS Khaibar" gəmisinin suya buraxılması mərasiminə qatılacaqlar.

Digər xəbərlər
Bu gün
Dünən