S.Ərəbistanında daşqınlar davam edir

S.Ərəbistanında daşqınlar davam edir

Səudiyyə Ərəbistanının qərb bölgələrində və sahilyanı Ciddə şəhərində yağan şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.

Bir sıra bölgələrdə aviareyslər təxirə salınıb və məktəblər bağlanılıb.

Ölkənin Məkkə regionunda yerləşən Ciddə şəhəri, Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri hesab olunur və 4 milyonluq əhaliyə malikdir.

Məkkə və Ciddə şəhərlərini birləşdirən yol bağlanıb.

Qısa müddətdən sonra isə yenidən açılıb.

Yerli mətbuat, Ciddə şəhərində demək olar ki hər il daşqınların baş verdiyini və bölgədə infrastruktutun aşağı səviyyəli olduğunu bildirir.

Şəhərdə 2009-cu ildə baş verən daşqın nəticəsimdə 123 nəfər həyatını itirib

Digər xəbərlər
Bu gün
Dünən