Neymar dünya çempionatının ilk oyununda zədə alıb

Neymar dünya çempionatının ilk oyununda zədə alıb

Braziliya millisinin hücumçusu Neymar Serbiya yığması ilə futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuğundan zədə alıb.

Trend-in məlumatına görə, bu barədə Braziliya komandasının həkimi Rodriqo Lesmar deyib.

Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.

"Neymarda sağ topuğunun burxulması qeydə alınıb. O hissə şişəndən dərhal sonra biz ehtiyat skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat almaq üçün 24-48 saat gözləmək lazımdır", - deyə həkim bildirib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən