Prezident: İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz tədarük etməyə imkan yaradacaq

Prezident: İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz tədarük etməyə imkan yaradacaq

"İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq".

REAL xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.

"Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq", - Prezident qeyd edib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər