LDU-nun əməkdaşları təltif edilib - SİYAHI

LDU-nun əməkdaşları təltif edilib - SİYAHI

Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşları təltif edilib.

REAL xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Ağazadə Yədulla Bəbir oğlu və Əzizov Sənan Qərib oğluna “Əməkdar müəllim” fəxri adı verilib.

Digər sərəncamla Ağayeva Məlahət Əli qızı, Mahmudov Kamal Fətulla oğlu və Şahqubadbəyli Ənvər Xandadaş oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Onlar LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə təltif olunublar.

Digər xəbərlər
Bu gün
Dünən