Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Azərbaycanın zəiflədilməsi üçün istifadə olunan yerli resurslar. Kimdir və nəçidirlər bunlar? Onların “stavka” etdiyi qüvvələr kimlərdir? Əlbəttə ki, sovetdən qalma qısır, heç bir perspektivə malik olmayan, başdan-ayağa keyfiyyətsiz siyasi xammaldan ibarət olan kontinget. Ən maraqlısı da burasıdır ki, 26 ildir ki, öz şirəsində qaynayan, heç bir yeniliyə açıq olmayan, qartımış marginal-anajlar nə qədər qaqqıldasalar da yumurtlaya bilmirlər.

Prezidentlə xaos müxalifətini fərqləndirən cəhətlər yüzlərlədir. Amma biri əsasdır. Xaos müxalifəti Azərbaycanı keçmişə, İlham Əliyev isə gələcəyə istiqamətləndirir. Diqqət edin. Prezident kimlərlə işləyir və Azərbaycanın idarəetmə sisteminə hansı cəhətləri gətirirsə onlar tam yeni, tam müasirdir.

Müqayisənin nə qədər əcaib səsləndiyinə əmin olmaq istəyirsinizsə, bu ifadələri yanaşı işlədin. Sadəcə özünüz üçün. Özünüzün eşidə bilkəcəyiniz tonda: Əli Kərimli və süni intellekt. İskəndər Həmidov - İnnovativ yeniliklər. Tofiq Yaqublu - Hava ilə manipulyasiya, Gültəkin Hacıyeva - Monetar-populizm.

Köynəkdən ayaqqabıyadək üstündən 90-91-ci illərin toz-torpağı tökülən bu nimdaş-boyat dəstlərin Azərbaycana vəd edə biləcəyi yalnız köhnəliklərdir. Ən pisi də budur ki, bu insanlar qarşılarındakıların ən yaxın tariximizi dəqiq xatırlamadıqlarına əmin olduqlarından yalan danışırlar.

Məsələn, Əli Kərimli birdən cuşa gəlib özünə böhtan atır: üfürür, tüpürür ki, mən dövlət katibi postundan imtina etmişəm, millət vəkili yerimdən imtina etmişəm. Blef edir. Əmindir ki, qarşısındakı bu hadisədən bəlkə də məlumatsızdır. Deyir və keçir. Amma mən keçmirəm və keçməyəcəm də. Ona görə ki, yaxşı yadımdadır. Məsələn, Əli Kərimli Dövlət katibi postundan imtina etməyib. Hadisə necə olub? Danışım!

O, Elçibəyin süqutundan bəhrələnmək istəyirdi və Heydər Əliyev hakimiyyətində təmsil olunmaq ümidini itirmədiyindən laaaap sona qalmışdı. Özü də o zamanlar səlahiyyətlərini donduran silahdaş, daha doğrusu kreslodaşlarından fərqli olaraq necə deyərlər morojna əməliyyatında iştirak etmirdi. Məhz elə bu səbəbdən də o nə İsa Qəmbər, nə Pənah hüseyn kimi istefa verdi.

İndi isə dövlət katibi postundan imtina etməsi tək qələmə verdiyi hadisə barədə. Deməli, iyul ayının 7-i idi. Əli Kərimli prezident aparatında mətbuat konfransı keçirirdi. Nəsə danışırdı. Mətbuat konfransı 10-15 dəqiqə idi ki, başlamışdı, birdən zala Xüsusi Dövlət Mühafizə xidmətinin yüksək rütbəli zabiti daxil oldu və bizə, yəni mətbuat nümayəndələrinə elan etdi ki, Ali Sovetin sədri, Prezident səlahiyyətlətini icra edən  Heydər Əliyev Əli Kərimovu bir az əvvəl dövlət katibi postundan azad edib və yerinə Lalə Şövkət Haciyevanı təyin edib. Bəlkə bu da maraqlı ola bilər. Əli Kərimli-Kərimov Elçibəy komandasının yeganə yüksək çinli məmurudur ki, onu Heydər Əliyev öz sərəncamıyla vəzifədən kənarlaşdırıb. İyul ayının 7-də. Başqalarıyla müqayisədə ən gec...

***

...İyun hadisələrinə hələ 10 gün qalırdı. Yəni xalq üsyana ona görə qalxmamışdı ki, bunu Surət Hüseynov istəyirdi. Yox, Surət Hüseynov bu dərəbəyliyə artıq dözə bilməyən xalqın qəzəb elçisi tək meydana çıxmışdı. Toplantıda Elçibəyin yanında oturan bu adamı isə tanıyırsız. Əli Kərimli. Elçibəy iqtidarında kifayət qədər yüksək post tutan, Əlahəzrətin Yavəri kimi ortada meyidi qalmış məsuliyyəti bölüşməli olan Əli Kərimov-Kərimli.

Müşavirə isə artıq İskəndər Həmidovun daxili işlər naziri olmadığı hüquq-mühafizə orqanlarının fəaliyyətilə bağlıdır. Elçibəyin çıxışı isə birillik hakimiyyəti boyu az qala vətəndaşın Azərbaycan dövləti boyda evini yıxan isteblişməntə qarşı yuxarıdan qiyamı idi. İskəndər Həmidov burda deyildi. O Kəlbəcərin işğalından sonra artıq nazir kimi özünü zəif hesab etdiyindən istefa vermişdi. Təsəvvür edirsiniz. Daxili işlər naziri. Kifayət qədər səlahiyyətin yiyəsi. Nüfuz və qüvvə yiyəsi Həmidov istefa verir.

Əslində bu İqtidar komandasından ilk tərk etmə, qoyub getmə aktı idi ki, bu addımla İqtidar öz əsas sütunundan məhrum oldu. İskəndər silahdaşlarını buraxıb getdi. Tək qoyub getdi. Və sonra Elçibəy hakimiyyətinin gethagetində Xalq Cəbhəsinin qərargahı qarşısında 200-300 nəfərlik iqtidara dəstək mitinqində tiribunadan xalq hərəkatının zavallı sonunu gün eynəyi altından izləməyə gəldi.

Daha ətraflı "Mir Şahinin Vaxtı" verilişində (49-cu dəqiqədən sonra) baxa bilərsiniz.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə