Bakı gecələrində hamıya 24/7 əyləncə (VİDEO)

Bakı gecələrində hamıya 24/7 əyləncə (VİDEO)
Avropalı gənc turistləri cəlb etmək üçün maraqlı təklif verilib

“Avropadan Azərbaycana gələn turistlərin sayı müsəlman ölkələrindən, Rusiyadan gələn turistlərin sayından aşağıdır. Bunun səbəbi isə əyləncəyə daha çox üstünlük verən avropalı gənc turistlər paytaxtımızda bundan yararlana bilmirlər”.

Bunu Real TV-yə müsahibəsində Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

O bildirib ki, avropalı turistləri Bakıya cəlb etmək üçün əyləncə mərkəzlərinin və turistlər üçün maraqlı olan digər məkanların həftədə 24 saat fəaliyyət göstərməsi təklif olunub.

“Yəni Bakı şəhəri, gecələri yaşamalıdır. Məsələn Novruz bayramında turistlər əylənirlər, gəzirlər, maraqlı görüntülərə şahid olurlar. Lakin bayram bitəndən sonra şəhər onlar üçün maraqsız gəlir. Ona görə də Bakı 24/7 yaşamalıdır”, - deyə Kənan Quluzadə bildirib.

Mətbuat katibi onu da bildirib ki, bu ilin 2 ayının yekununa görə turistlərin sayında 12% artım var.

Müsahibəyə daha ətraflı video materialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər