“Müəyyən məbləğə qədər olan kreditlər dövlət tərəfindən bağlana bilər” - VİDEO

“Müəyyən məbləğə qədər olan kreditlər dövlət tərəfindən bağlana bilər” - VİDEO

"Orta əməkhaqqı yüksəlir. Məqsəd yoxsulluğu ləğv etməkdir".

Bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü Musa Quliyev REAL-a bildirib.

"Qeyri-neft sektorunda mədaxil, daxilolmalar var. Bu il ərzində gəlirlərimiz artarsa, yenidən sosial xərclərin artırılmasına, əməkhaqlarının, pensiyaların artırılmasına gətirib çıxaracaq. Qeyri-neft sektorunun özəl sektorunda çalışanların əlavə dəyər vergisindən azad oluinması da büdcəyə daxilolmanı artırmışdır. Mart ayının 1-dən əhalinin gəlirləri artacaq. İstehlaka tələblər artdıqca istehsal da artır. Ölkədə iş yerlərinin genişlənməsi, yeni iqtisadi mərhələyə gətirib çıxarır. Vətəndaşları götürdükləri dollarla krediti ödəmək qarşısında qalmışdılar. 1992-ci ilə qədər olan vəsaitlərin qaytarılması ilə bağlı otimal variant seçildiyi kimi, burada da müəyyən məbləğə qədər olan kreditlərin dövlət tərəfindən bağlanması ola bilər, ədalətli sistem qurulacaq. Dövlət də, vətəndaş da, özəl sektorlar da məmnun olacaq. Əsas isə vətəndaşların məmnun olmasıdır. Qiymətli kağızlar buraxmaqla bu özəl sektora kömək edə bilər. Gələcəkdə banklar da üzərində məsuliyyəti artıracaq", - deyə Musa Quliyev bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə