Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-ya 9 klub sənəd verib

Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-ya 9 klub sənəd verib

 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən 9 klub kadr-inzibati, idman, hüquq və infrastruktur meyarları üzrə tələb olunan sənədləri AFFA-ya təqdim edib.

REAL xəbər verir ki, bu barədə “Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, klublardan 8-i Premyer Liqa, 1-i isə I Divizion təmsilçisidir: “Lisenziyalaşdırma dövrü açıq elan olunandan sonra elita ilə yanaşı, bütün I Divizion klubları Premyer Liqa üçün ərizə vermişdilər. Lakin real olaraq sənədləri təqdim etməyə başlayan, mütəmadi əlaqə saxlayan hələlik 1 klubdur. Ötən il də belə hal olmuşdu. Öncədən müraciət gəlsə də, sonradan mövsüm boyu real sənəd təqdim edənlərin sayı çox az oldu. Hazırda lisenziyalaşdırma prosesi davam edir. Kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üçün sənəd qəbulunun müddəti başa çatıb. Hüquq meyarında bank zəmanəti və maliyyə meyarı ilə bağlı sənəd qəbulu üçün son tarix 31 martdır. Bu iki meyarda hər hansı sənədin çatışmazlığı aşkar olunarsa, kluba aprelin 10-dək vaxt verilə bilər. Artıq bir neçə klubla danışıq olub, yaxın günlərdə bank zəmanət məktubunu təqdim edəcəklər. Bu baxımdan digər klublarla bağlı problemin olacağını düşünmürəm”.

S.Hacıyev deyib ki, bundan sonra I Divizion klublarından hansınınsa sənədləri təqdim etməsi real görünmür: “Təcrübəyə əsasən deyə bilərəm ki, bu tarixlərdən sonra I Divizion klubunun sənədlərini düzgün şəkildə təqdim etməsi real deyil. Belə hal baş versə və sonda bu, elitaya gedəcək yeganə klub olsa, o halda məsələyə Lisenziyalaşdırma Komissiyasında və İcraiyyə Komitəsində baxıla bilər. Amma bununla bağlı bir söz demək çox çətindir. Çünki son tarixlər var. Futbolun inkişafı üçün hər hansı pozitiv məqam olduğu təqdirdə, məsələyə bəlkə hansısa istisna hal kimi baxıla bilər".

Qeyd edək ki, hazırda I Divizionda 14 komanda çıxış edir. Onların yarısı Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarıdır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə