Pakistan əsir götürülən hindistanlı pilotu azad edəcək

Pakistan əsir götürülən hindistanlı pilotu azad edəcək

Pakistanın Baş naziri İmran Xan əsir düşən hindistanlı pilotun martın 1-də azad ediləcəyini deyib.

“Biz əsir düşən hindistanlı pilotu sülh jesti olaraq azad etməyə qərar vermişik”, - deyə İmran Xan bildirib.

Hökumət başçısı, həmçinin fevralın 27-də axşam saatlarında hər iki ölkə arasında gərginliyin azaldılması niyyətini çatdırmaq məqsədi ilə Hindistanın Baş naziri Narendra Modiyə zəng etməyə çalışdığını deyib.

Bundan öncə Pakistanın xarici işlər naziri Mahmud Kureşi “gərginliyin azaldılması üçün əsas olacağı təqdirdə” əsir düşən pilotu qaytarmağa hazır olduqlarını bəyan etmişdi. Hindistan hökuməti isə öz növbəsində İslamabadla hərbçinin azad olunması şərtlərini müzakirə etmək niyyətində olmadıqlarını bildirmiş və onu tez bir zamanda azad etməyi tələb etmişdi.

Fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin 12 “Mirage-200” təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsinə hava zərbəsi endirmişdi.

Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan Hindistanın 2 qırıcı təyyarəsini vurmuşdu. Təyyarələrdən biri Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşmüş, pilot isə əsir götürülmüşdü.

Qeyd edək ki, Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. Qədim Kəşmir knyazlığının ərazisi 1947-ci ildən bu yana Hindistanla Pakistan arasında mübahisə mövzusuna çevrilib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur və onun ərazisi təmas xətti ilə iki hissəyə bölünüb. “Ceyş-ə-Məhəmməd” Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə