Paşinyanın selfisinə İranın sərt cavabı (VİDEO, EKSKLÜZİV)

Paşinyanın selfisinə İranın sərt cavabı (VİDEO, EKSKLÜZİV)
“Təxribatçı şüar İranın Azərbaycan siyasətinə ziddir”

“Qonaqlıq tipli tədbirdə kağız parçasının nümayiş etdirilməsi dəyərsiz və əhəmiyyətsizdir. Biz nə daxildə, nə də xaricdə heç bir qüvvəyə icazə verməyəcəyik ki, Azərbaycanla olan yaxşı əlaqələrimizə zərər vursun”.

Bunu REAL-a eksklüziv müsahibəsində İranın prezident aparatının rəhbəri Mahmud Vaezi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı “Dağlıq Qarabağ Ermənistanındır” şüarı yazılmış plakat önündə çəkdirdiyi selfini şərh edərkən deyib.

İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə geniş müsahibəyə bazar günü efirə gedəcək “Mir Şahinin Vaxtı” verilişində baxa bilərsiniz.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə