Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Bilirsiniz, son hadisələr nəyi göstərdi. Müxalifətin bütün cəbbəxanası İlham Əliyevə rüsvayçılıqla uduzur. Səbəbi sadədir. Müxalifət xalqı ayağına çağırır. İlham Əliyev isə xalqın ayağına gedir. Xaosçuların bütün arqumentləri sıradan çıxıb. Təsadüfən şəhər hakimiyyəti mitinqə icazə versə, Əli Kərimli və beyindaşlarının nədən danışacağı ağır sualdır. Məvacib, təqaüd, problemli kredit, şəhid müavinətlərı, hətta Mehman... kimi şüarlar daha yoxdur. Elə Prezidentin bu saat hansı sənədlər üzərində işlədiyi barədə məlumatları da yoxdur.

Belə anonslar isə yəqin ki, xaotiklərə maraqsız olar. Məsələn, İlham Əliyev bu yaxınlarda Novruz gəzintisinə, bayram tonqalı alovlandırmağa gedəcək. Yəqin ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana dipolmatik fəaliyyətə başlamaq məqsədilə gəlmiş yeni səfirin etimadnaməsini qəbul edəcək. Dövlət başçısının planına İstilik elektrik stansiyasında gedən işlərlə tanış olmaq üçün Mingəçevirə baş çəkmək də daxil ola bilər. İtdən soruşurlar niyə hürürsən, deyir qorxuduram, soruşurlar ki, quyruğun niyə əsir, deyir axı özüm də qorxuram. Lətifəsi xaosçulardan müəyyən məsafəyədək uzaq. Amma məntiq elə həminkidi.

İcazəli mitinqə sanksiya ala bilmirlər. Qanunsuz mitinqə və yürüşə çıxmağa isə qorxurlar. Hər iki halı da Hakimiyyətin qorxması ilə izah edirlər. Mitinqə icazə vermədilər? Niyə? Qorxdular. Mitinqə icazə verdilər. Niyə? Qorxdular... Bax belə. Amma rahatlaşa da bilmirlər. Məsələn, qadınları test rejimində buraxırlar küçəyə ki, yürü-yürü qurbanın olum, aşiqin heyranın olum... Amma elə ki süpürgəçi nənələr onları süpürüb kənara atır, başa düşürlər ki, yox, deyəsən qadına şiddət şüarından da bir şey çıxmadı.  Hətta necə deyərlər o boyda Xədicə də bəzəkdə qaldı...

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə