Rusiyanın Xalq artisti Bakıda konsert verəcək

Rusiyanın Xalq artisti Bakıda konsert verəcək

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq. Məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

REAL mərkəzə istinadla xəbər verir ki, Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən çox yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub

ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olub. Aleksandr Serovun anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30, 40, 50, 60, 80, 100, 120, 150 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə