“Türkologiyamızın Afad Qurbanovu” (VİDEO)

“Türkologiyamızın Afad Qurbanovu” (VİDEO)
ADPU-da görkəmli dilçi alimin 90 illik yubileyi qeyd edilib

Azərbaycan Pedoqoji Universitetində görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, 90-ci illərdə həmin universitetin rektoru və Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir zamanı Azərbaycanın tanınmış dilçi alimi, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin öz müəlliminə həsr etdiyi “Türkologiyamızın Afad Qurbanovu” monoqrafiyasının təqdimatı olub.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak ediblər. 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru Asəf Zamanov görkəmli dilçi alim Afad Qurbanovun həyat və yaradıcılığından onun zəngin elmi və pedoqoji fəaliyyətindən danışıb, dilçiliyin inkişafındakı mühüm xidmətlərini xatırladıb. 

Bildirilib ki, 20-ci əsrin 70-80-ci illərində Afad Qurbanovun Azərbaycan Dövlət Pedoqoji Universitetinə rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulub, tədris yüksək səviyyəyə qaldırılıb, yeni kafedralar yaradılıb, Qafqazda birinci, SSRİ-də sayca dördüncü hərbi kafedra fəaliyyətə başlayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə